SON XƏBƏRLƏR

Avqustun 24-də (şəhrivərin 2-də) tutulan azərbaycanlı fəalların məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Avqustun 24-də (şəhrivərin 2-də) tutulan azərbaycanlı fəalların məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: 2011-ci il avqustun 24-ü (1390-cı il şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutulan azərbaycanlı fəalların məhkəmə iclası keçirilib.

 

Müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəallar dünən 1-ci gün (doşənbə günü) Təbrizin inqilab məhkəməsində mühakimə ediliblər.

 

Məhkəmə iclasına Əziz Purvəli, Həsən Ərk, Musa Bərzin Xəlifəlu, Əhməd Riyazi Mübarəki, Vəhid Şeyxbəyli, Mahmud Fəzli, Mustafa Əvəzpur, Murtaza Əvəzpur, Mehdi Həmidi Şəfiq, Tağı Sələhşur və Mehdi Nuri öz vəkilləri ilə birlikdə qatılıblar. Ancaq Cəmişid Zarei azərbaycanlı fəalların arasında olmayıb.

 

İclasda azərbaycanlı fəallar və vəkillər Tağı Sələhşur və Mehdi Həmidi Şəfiq barədə çıxarılan həbs qərarını vəsiqə ilə əvəzlənməsinə israr ediblər. Nəhayət bununla razılaşılıb və adını çəkdiyimiz milli-mədəni fəalların bu gün azadlığa buraxılması gözlənilir.

 

Vaxt bitdiyindən Əziz Purvəli, Əvəzpur qardaşları, Cəmişid Zarei və Vəhid Şeyxbəylinin mühakiməsi 2012-ci il fevralın 12-nə (1390-cı il behmənin 23-nə) qalıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəallar 2011-ci il avqustun 24-ü (1390-cı il şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurlarının hücumuna məruz qalaraq tutuqlanmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar