SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları “Traxtur-İstiqlal” müsabiqəsi barədə Bəyanat yayıblar

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları “Traxtur-İstiqlal” müsabiqəsi barədə Bəyanat yayıblar

Gunaz.tv

GünAz TV: “Traxtur” tərəfdarları 15-ci Bəyanatlarını yayıblar. Bu Bəyanat bazar günü keçirilən “Traxtur-İstiqlal” müsabiqəsi barədə yayılıb.

 

Bəyanatda qısaca deyilir ki, “müsabiqənin hakimi elə bir ədalətsizlik və qərəz nümayiş etdirdi ki, daha İran hakimiyyətinin antiazərbaycan və irqçi siyasətinə şübhəmiz qalmadı.

 

O halda ki, biz haqqımızı müsabiqə meydanında ala bilmirik, o halda ki, futbol rasist İran hakimiyyəti əlindədir, onda biz hüququmuzu başqa yollarla bərpa etməliyik.

 

“Traxtur” hərəkatı yalnız futbol deyil, eyni halda Azərbaycan Milli Hərəkatı ilə eyni istiqamətdə, tam dinc və mədəni yollarla Milli Hərəkatın təbliği və Azərbaycanın milli hüquqlarının müdafiəsi uğrundadır.

 

Biz bu Bəyanat vasitəsi ilə İsalm Cümhuriyyətinin dəyişməz qərəzli siyasətini şiddətlə qınayır və bəyan edirik ki, artıq bu siyasətin islah olunmasına ümidimiz yoxdur. Bundan sonra öz hüququmuzu əlimizdə olmayan müsabiqə meydanı yox, xiyabanlarda öz etirazımızla müdafiə edəcəyik.”

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar