SON XƏBƏRLƏR

Türkiyədə Xocalı soyqırımı ilə əlaqədar möhtəşəm yürüş keçiriləcək

2021.10.20, 07:36
Türkiyədə Xocalı soyqırımı ilə əlaqədar möhtəşəm yürüş keçiriləcək

Gunaz.tv

GünAz TV: Bu il Xocalı soyqırımından 20 il ötür.

1992-ci il fevralın (February)  25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin (Şurəvi) Xankəndində yerləşən 366-cı motoatıcı alayının (piyadə həng) şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirib. Hər bir azərbaycanlı bu dəhşətli hadisəni yaddaşında “qanlı yaddaş” kimi həkk edib, qorumaqdadır.

Şəhidlərimizin ruhu qarşısında borcumuzu az da olsa ödəmək, onların ruhlarını şad etmək və Vətənimizin haqq səsini dünya ictimaiyyətinə duyurmaq məqsədi ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – ASAIF qardaş ölkə Türkiyədə böyük yürüş-aksiya keçirməyi planlayır.

Bu aksiyanın son 20 ildə böyük türk milləti tərəfindən keçirilən ən böyük aksiya olacağı gözlənilir. Türkiyənin bütün şəhərlərində azərbaycanlı və Azərbaycanı sevən türkiyəlilər, həmçinin Avropa ölkələrində və dünyanın bir çox yerində Vətən sevgisi ilə yanan ürəklər 26 fevral 2012 tarixində məhz bu aksiya çərçivəsində İstanbulda Taksim meydanında Xocalı qətliamında şəhid olan həmvətənlərimizin əziz xatirələri üçün birləşəcəklər.

Aksiyaya Türkiyədə fəaliyyət göstərən onlarla gənclər və tələbə təşkilatları, ictimai birliklər, türk təşkilat və hərəkatları tam dəstək verməkdədirlər. Aksiya haqqında yenilənən məlumatları Facebook-da “AZERBAYCAN-TÜRKİYE, HOCALİ İÇİN TEK YÜREK!” tədbirinə qatılaraq və ya twitter-də @hepimizhocalili adını izləyərək əldə edə bilərsiniz. Xocalı Soyqırımı haqqında daha geniş məlumat üçün ASAIF rəsmi veb səhifəsi www.asaif.org -a daxil olmağınız kifayətdir. İstənilən məsələ ilə bağlı suallarınızı və təkliflərinizi [email protected]/* */ ünvanına göndərə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar