SON XƏBƏRLƏR

Hindistan İrandan neft amlağa davam edəcək

2021.10.20, 07:36
Hindistan İrandan neft amlağa davam edəcək

Gunaz.tv

GünAz TV: Hindistan Avropa İttifaqı (Aİ) və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı tətbiq etdiyi qadağalara baxmayaraq, bu ölkədən neft idxalını azaltmayacaq.

 

Gün.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çikaqoya səfəri zamanı Hindistanın maliyyə naziri Pranab Muherci bildirib.

 

Muhercinin sözlərinə görə, Hindistan ölkənin enerji tələbatının 12 faizini təmin edən İran nefti olmadan keçinə bilməz.

 

Qeyd edək ki, ABŞ və Aİ İrandan karbohidrogen alınmasına tam olaraq embarqo (təhrim) qoyulduğunu bəyan edib. Amerikalılar Asiya ölkələrini də buna razı salmağa çalışsalar da, hələ ki, uğur əldə edə bilməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar