SON XƏBƏRLƏR

Rza Əbrinin məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Rza Əbrinin məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Təbrizin inqilab məhkəməsinin 3-cü şöbəsində azərbaycanlı fəal Rza Əbrinin məhkəmə iclası keçirilib.

 

Dünən 2012-ci il yanvarın 29-da (1390-cı il bəhmənin 9-da) keçirilən məhkəmə iclasına hakim Bəyat sədrlik edib və vəkil xanım Sattari azərbaycanlı fəalı müdafiə edib.

 

Qeyd edək ki, Əbri 2011-ci il oktyabrın 15-i (1390-cı il mehrin 23-ü) Təbrizin İmam Rza xəstəxanasında təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və 15 gün müvəqqəti saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal sistemin əleyhinə təbliğdə suçlanıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də mərhum Çingiz Bəxtavərin dəfn mərasimində tutuqlanıb və 1 il həbsə məhkum edilib. O, məhkəmə hökmünə etiraz etdiyi üçün hələlik qərar icra olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar