SON XƏBƏRLƏR

Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib, 2 nəfər tutuqlanıb - VİDEO

2021.10.20, 07:36
Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib, 2 nəfər tutuqlanıb - VİDEO

Gunaz.tv

GünAz TV: Dünən Urmuda qardaş şəhərlər Təbriz və Urmu bələdiyyələrinin voleybol takımları (timləri) arasında keçirilən müsabiqədə  həyəcanlı anlar yaşanıb və milli şüarlar səsləndirilib.

 

Əlqədir stadionunda (stadyom) keçirilən müsabiqəni təxminən 4000 nəfər izləyib. Mesabiqə (3 – 0) hesabı ilə Urmunun xeyirinə yekunlaşıb.

 

Stadionda çoxsaylı polis qüvvələri olsada tamaşaçılar milli şüarlar səsləndiriblər. Urmulu tamaşaçılar hər iki qardaş takımı təşviq ediblər. Məlumata görə, şüar səsləndirən 2 nəfər soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

Səsləndirilən şüarlar bunlardan ibarət olub:

Təbriz xoş gəlibsən

Nə Urmu, Nə Təbriz – Azərbaycan əzizimiz

Azərbaycan timləri (takımları)– Fərqi yoxdur rəngləri

Yaşasın Azərbaycan

Yaşasın Təbriz – Yaşasın Urmiyyə (Urmu)

Azərbaycan var olsun – İstəməyən kor olsun

Təbriz, Təbriz, Təbriz, ...

Urmiyyə, Urmiyyə, Urmiyyə, ....

Biz Hara farslar hara?!

 

Bu barədə aşağıdakı VİDEOnu izləyə bilərsiniz:

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar