SON XƏBƏRLƏR

Təbrizdə 10-larla “Traxtur” tərəfdarı tutulub

2021.10.20, 07:36
Təbrizdə 10-larla “Traxtur” tərəfdarı tutulub

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur” və və “İstiqlal” takımları (tim) arasında keçirilən futbol müsabiqəsi pərakəndə qarşıdurmalarla nəticələnib.

 

Xeber verdiyimiz kimi olduqca prinsipial müsabiqədə “Traxtur” takımı 2 şübhəli Penaltı zərbəsi nəticəsində Tehranın “İstiqlal” takımına uduzdurulub. Hakimin qərəzli mövqeyindən əsəbləşən “Traxtur” tərəfdarları müxtəlif şüarlarla öz etirazlarını bildiriblər.

Stadionu tərk edərkən “Traxtur” tərəfdarları “And ola Sattarxana – Od vurarıq Tehrana”, “Haray Haray mən türkəm”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və ... kimi şüarlar səsləndiriblər. soydaşlarımız Təbrizin daha bir neçə məntəqəsinə yayılıb və milli şüar səsləndiriblər.

 

Bütün bu kimi hallara öncədən hazırlıqlı olan polis və təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib və əhalini dağıtmağa çalışıblar. Nəticədə “Traxtur” tərəfdarları ilə  təhlükəsizlik qüvvələri arasında pərakəndə qarşıdurmalar olub.

Şahidlərin verdiyi məlumata görə, qarşıdurmalarda təxminən 50 nəfər soydaşımız tutuqlanıb. Hələlik onların kimliyi barədə heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar