SON XƏBƏRLƏR

Suriya ətrafında beynəlxalq gərginlik artır

2021.10.20, 07:36
Suriya ətrafında beynəlxalq gərginlik artır

Gunaz.tv

GünAz TV: Suriyada rejim əleyhinə mitinqlərdə ötən ilin martından (March)  bu günə kimi 384 uşaq ölüb.

Ötən gün BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının Suriya ilə bağlı toplantısında şuranın müvəqqəti və yeganə ərəb üzvü Mərakeş ərəb Birliyinin Suriyadakı məruzəsi və qərarı əsasında hazırlanan qətnamə layihəsini təqdim edib. Mərakeşin BMT-ki daimi təmsilçisi Məhəmməd Luliçki sənədin məqsədinin Suriyada sülhün bərpası və qan axıdılmasına son qoyulması olduğunu qeyd edərək gələn həftə qətnamənin Təhlükəsizlik Şurasının (TŞ) üzvləri tərəfindən müzakirə olunacağını açıqlayıb.  Luliçki qətnamənin TŞ-nın 15 üzvü tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib. Jurnalistlərə açıqlama verən bəzi qərbli diplomatlar isə sənəddə Suriyaya qarşı silah embarqosu (təhrim) və sanksiyaların (qadağa, təhrim) nəzərdə tutulmadığını deyiblər.

Rusiyanın BMT-ki daimi nümayəndəsi Vitaliy Çurkin isə bu qətnamənin əleyhinə çıxıb. Onun sözlərinə görə, qətnamənin qəbulu TŞ tərəfindən yalnış addım olardı və bu Suriya üçün məhvedici olardı.  Rəsmi Moskva hesab edir ki hazırda əsas Suriyadakı Ərəb dövlətləri liqasının (birliyinin) müşahidəçi missiyasını (görəvliləri, görəv) dəstəkləyərək siyasi diolaqa başlanılması üzərində çalışmaqdır.

Bu arada Suriya Keçid Şurası bu gün ölkədə hərbi əməliyyatlar, hökumət əleyhinə nümayişlər və iğtişaşlarda 100-dən çox insanın öldüyünü açıqlayıb. Suriya ordusu ilə təhlükəsizlik qüvvələrinin təşkil etdikləri əməliyyatlar və bu zaman baş verən güclü qarşıdurmalar zamanı onlarla insanın öldüyünü qeyd edən şura cümə namazından sonra müxalifət tərəfindən təşkil olunan hökumət əleyhinə aksiyalarda (yürüş) da bir çox insanın həyatının itirdiyini bildirib.

BMT-nın Uşaqlara yardım fondu UNİCEF isə ötən ilin mart (March) ayından bu günə kimi Suriyada rejim əleyhinə başlanan nümayişlərdə 384 uşağın öldüyünü  açıqlayıb. Qurum rəsmisi Rima Salih aralarında 14 yaşa qədər uşaqların da olduğu daha 380 uşağın isə həbs olunduğunu bildirib.

Bundan başqa Bəşər Əsədə sadiq polis qüvvələri Xomsda qətliam törədib. Onlar 8-i uşaq olmaqla  eyni ailənin 14 üzvünü qətlə yetiriblər.

Misirdə isə Bəşər Əsəd rejiminə  etiraz edən 200 nümayişçi Suriyanın Qahirədəki səfirliyinə basqın ediblər. Etirazçılar diplomatik missiyanın şüşə və qapılarını sındırıblar. Müxalifətçilər binaya daxil olaraq səfirin otağının olduğu mərtəbəyə kimi qalxıblar. Misir polisi onları binadan çıxartmağa nail olub. Hadisə zamanı xəsarət alan olmayıb. Suriyanın bu ölkədəki səfiri  Misir rəhbərliyinə rəsmi məktub göndərərək səfirliyin təhlükəsizliyini gücləndirməyi xahiş edib. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar