SON XƏBƏRLƏR

«Eurovision-2012»: Biletlər nə vaxt satışa çıxarılır?

2021.10.20, 07:36
«Eurovision-2012»: Biletlər nə vaxt satışa çıxarılır?

Gunaz.tv

GünAz TV: Biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində veriləcək.

Son günlər "Facebook" və digər sosial şəbəkələrdə, eləcə də İnternet saytlarında  Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəi 2012 üçün biletlərin satışı ilə bağlı yanlış məlumatlar yayılır. Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupundan verilən məlumata görə, may ayındakı şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar, biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində  veriləcək. Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, digər sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri (mahiyyət) daşıyır.

Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv, müsabiqənin rəsmi milli saytı www.eurovision.az və Eurovision İşçi Qrupunun Facebook və Twitterdəki http://www.facebook.com/EurovisionSongContestBaku2012 və https://twitter.com/ESC2012Official  rəsmi milli səhifələrindən əldə edə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar