SON XƏBƏRLƏR

Amerika körfəzə daha bir təyyarədaşıyan göndərir

2021.10.20, 07:36
Amerika körfəzə daha bir təyyarədaşıyan göndərir

Gunaz.tv

GünAz TV: “Avraam Linkoln” və “Karl Vinson”un ardınca “Enterprise” gəmisi körfəzə yola düşür, Pentaqon rəhbəri bunun Tehrana xəbərdarlıq olduğunu bildirdi.

ABŞ (Amerika Birləşmiş Ştatları) İran üzərinə daha bir təyyarədaşıyan gəmi qruplaşması göndərir. Birləşmiş Ştatlar hərbi dəniz donanmasının (navqan) komandanlığından (fərmandehi) açıqlanan məlumata görə, Virciniya ştatında (əyalət), Norfolk bazasında (payqah) dislokasiya olunmuş “Enterprise” atom təyyarədaşıyan gəmisi bir neçə müxtəlif tipli hərbi gəmilərin müşayiəti ilə körfəzə yola salınır. Gəmi mart (March) ayında körfəzə çatacaq.

Bundan əvvəl ABŞ “Karl Vinson” və “Avraam Linkoln” təyyarədaşıyan gəmilərini körfəzə göndərib. Onların hər birinin göyərtəsində yüzə qədər hərbi təyyarə, minlərlə hərbçi, müxtəlif tip raketlər və digər silahlar var. Birləşmiş Ştatlar bəyan edir ki, təyyarədaşıyan gəmilərin bölgədə yer alması Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hesablanıb. İran neft embarqolarına (təhrimlərinə) cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələyir. Pentaqon xəbərdarlıq edib ki, boğazı bağlamaq cəhdinə cavab olaraq Amerika qüvvələri İrana dağıdıcı zərbələr endirməyə hazırdır. Hazırda bölgədə Amerikanın təyyarədaşıyan gəmilərdən əlavə Küveytdə dislokasiya olunmuş 15 minlik ordu qruplaşması, habelə dəniz piyadaları batalyonları (qordan) və amfibiya-desant (amphibian-landing) gəmiləri var.

ABŞ Hərbi Dəniz Qüvvələri bildirir ki, “Enterprise” gəmisi körfəzə yola düşməzdən əvvəl Atlantik okeanına (ətləs iqyanusu) təlimlər keçirəcək. ABŞ müdafiə naziri Leon Panetta gəminin göyərtəsində olub və hərbçilər qarşısında çıxış edərək deyib ki, təyyarədaşıyanın Yaxın Şərqə göndərilməsi Vaşinqtonun bu bölgədə gücünün simvolu olacaq. O, regiona (bölgə) qüvvə cəmləşdirilməsinin İrana xəbərdarlıq olduğunu deyib: “Biz istəyirik ki, iranlılar ABŞ-ın nə dərəcədə qətiyyətli olduğunu, istənilən fövqəladə situasiyada (vəziyyətdə) hərəkət edə bilmək üçün tam hazırlıqlı olduğunu görsünlər”. Xatırladaq ki, Avropa İttifaqı yanvarın (January) 23-də İrana neft embarqosunun tətbiqinə dair qərarını elan edib. Sanksiyalar iyunun (June)1-dən qüvvəyə minəcək. Habelə ABŞ öz müttəfiqlərini İrandan neft almağa son qoymağa çağırır. Avstraliya, Yaponiya, Cənubi Koreya bu sanksiyalara qoşulmaq barədə müzakirələr aparır. Bu arada İranda hərbi təyyarə Buşəhr AES-in (niruqah) yaxınlığında qəzaya uğrayıb. İran KİV-lərinin (kütləvi informasiya vasitələri) xəbərlərinə görə, ölkənin hərbi hava qüvvələrinin F-14 təyyarəsi AES-ə yaxın ərazidə “texniki nasazlıq üzündən” düşüb, pilotlar (xələbanlar) həlak olub. Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar