SON XƏBƏRLƏR

GAMAC yeni həbslər dalğası barədə Bəyanat yayıb

2021.10.20, 07:36
GAMAC yeni həbslər dalğası barədə Bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cənhəsi (GAMAC) son günlərdə tutuqlanmış Azərbaycan Milli Hərəkat fəallarının azadlığını tələb edərək, yeni həbslər dalğasını şiddətlə qınayıb.

 

Bəyanatda deyilir ki, “Azərbaycanlı fəallar və öyrəncilərin Təbriz və başqa şəhərlərdə tutuqlanma dalğası, İran İslam Cümhuriyyətinin millətin ümumi qiyamından vəhşətini açıq-aşkar ortaya qoyur. İqtisadi sanksiyalar (təhrim), hərbi hədələr, daxili aksiya və etirazlar rejimin təməl dayaqlarını lərzəyə gətirib, qüdrət davası və geniş yayılmış fəsad rejimin qalan məşruiyyətini də aradan aparıb. Millətin narazılığının həddi-hüdudu yoxdur və hər an ümumi qiyama çevirilə bilər.

 

İqtisadi sanksiyaların nəticəsində ölkə pulunun dəyərdən düşməsi və qiymətlərin sürətlə artması toplumun məhrum təbəqəsinin qiyamı üçün zəmin yaradıb. Daha bir tərəfdən, görüntü naminə keçiriləcək seçkilərin yaxınlaşması və tərəflər arası toqquşma ehtimalı rejim rəhbərliyini olduqca nigaran edib. Məhz bunun üçün tanınmış azərbaycanlı öyrəncilər və fəalları yaxalamaqla gözlənilən qiyamın öz xəyallarında qarşısını almaq istəyirlər. halbuki, təzyiqlərin artması narazılığı daha da üzə çıxarıb və kütləvi etirazları sürətləndireəcəkdir.

 

Milli Cəbhə azərbaycanlı öyrənci və fəalların son tutuqlanmasını şiddətlə qınayır, son tutulanların və azərbaycanlı siyasi məhbusların dərhal azad edilməsini istəyir. Milli Cəbhə bütün tutulanların siyahısını 2012-ci il yanvarın 25-də (1390-cı il bəhmənin 5-də) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına təqdim edib və onların vəziyyətinin araşdırılması və azadlığını istəyibdir. Biz bütün Azərbaycan Milli Hərəkat fəallarını məhbusları azad etmək üçün yekdil və həmrəy olmağa çağırırıq. İnanırıq ki, Azərbaycanın böyük milləti yaxın gələcəkdə zindan məsulları və işgəncə verənlərin layiqli cavabını verəcəkdir.”

 

YAŞASIN AZƏRBAYCAN

 

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ

2012-Cİ İL YANVARIN 25-İ (1390-CI İL BƏHMƏNİN 5-İ)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar