SON XƏBƏRLƏR

“Traxtur” takımı “İstiqlal”la müsabiqəyə hazırlaşır

2021.10.20, 07:36
“Traxtur” takımı “İstiqlal”la müsabiqəyə hazırlaşır

Gunaz.tv

GünAz TV: Azərbaycan futbolu tərəfdarlarının gözlədiyi an çatmaqdadır. Təbrizin “Traxtur” futbol takımı (tim) Tehranın “İstiqlal” komandası ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 23-cü həftəsində keçiriləcək yarış, sabah (2012-ci il yanvarın 29-ü , 1390-cı il bəhmənin 9-ü) yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda (stadyom) başlayacaq.

 

Eyni vaxtda “Şəhrdari” takımı “Rah ahən” komandası ilə Tehranın Ekbatan stadionunda qarşılaşacaq.

 

Qeyd edək ki, “Traxtur-İstiqlal” yarışı hər zamankı kimi bu dəfə də özəl əhəmiyyət kəsb edir. O üzdən, “Traxtur” takımı və tərəfdarları üzərinə xüsusi məsuliyyət və canfəşanlıq düşür.

“Milli takımımıza uğurlar arzulayırıq”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar