SON XƏBƏRLƏR

AŞPA-da Xocalı Soyqırımını kəskin pisləyən bəyanat qəbul olunub

2021.10.20, 07:36
AŞPA-da Xocalı Soyqırımını kəskin pisləyən bəyanat qəbul olunub

Gunaz.tv

GünAz TV: AŞPA-da (Avropa Şurası Parlament Assambleyası) Xocalı Soyqırımını kəskin pisləyən bəyanat qəbul olunub.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın bəyanatı kimi qəbul edilib, Assambleyanın (məcmə) iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb. Bəyanatda deyilir ki, Xocalı Soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırım bəşəriyyət tarixində törədilmiş ən qeyri-insani və kütləvi xarakterli (mahiyyətli) terror aktlarındandır (əməllərindəndir). Bəyanatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin 366-cı motoatıcı (tüfəng) piyada alayının (həng) dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla  613 nəfər amansızlıqla qətlə yetirilib, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilib, 8 ailə tamamilə məhv edilib.  Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüquqi və siyasi qiymət verilməyə cağırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar