SON XƏBƏRLƏR

Suriyada iranlı zəvvarlar qaçırılıb

2021.10.20, 07:36
Suriyada iranlı zəvvarlar qaçırılıb

Gunaz.tv

GünAz TV: Suriyada növbəti dəfə İran vətəndaşları qaçırılıb. Bu dəfə qaçırılan şəxslər zəvvarlardan ibarətdir.

Məlumata görə, 11 iranlı zəvvar avtobusla paytaxt Şama doğru hərəkət edərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

GünAz TV mətbuat mərkəzinin İRNA-ya istnadən yaydığı məlumata görə, Zəvvarlar  naməlum istiqamətə aparılıb və hələlik onların barəsində geniş məlumat yoxdur.

Qeyd edək ki, bu, Suriyada iranlıların qaçırılması ilə bağlı ilk hadisə deyil. Ötən il dekabrın (December) 21-də Suriyanın Homs şəhərində 5 iranlı mühəndis qaçırılıb və indiyədək onların taleyindən heç bir məlumat yoxdur.

Yeri gəlmişkən, bu gün Suriyadakı vəziyyətlə bağlı BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası qapalı iclas keçirəcək. Məsləhətləşmələrdə prezident Bəşər Əsədin istefasını nəzərdə tutan Ərəb Dövlətləri Liqasının (birliyinin) qətnamə layihəsinin müzakirəsi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar