SON XƏBƏRLƏR

Yunis Zareyun müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Yunis Zareyun müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal, öyrənci “Arman” icmasının qurucularından olan Yunis Zareyun bir gün saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılıb.

 

Zareyun 2012-ci il yanvarın 25-i (1390-cı il bəhmənin 5-i) öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və bir gün sonra keçici azadlığa buraxılıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal çox aktiv soydaşlarımızdan biridir. O milli-mədəni zəmində yazılmış bir çox məqalənin müəllifidir.

 

İran rejimi, Zareyunu 2 il öncə Kərəcin azad universitetində təhsil alarkən, onu universitetdən uzaqlaşdırıb və təhsilinin davamına qadağa qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar