SON XƏBƏRLƏR

Amerikada iranlı alim həbs edilib

2021.10.20, 07:36
Amerikada iranlı alim həbs edilib

Gunaz.tv

GünAz TV: Bu xəbəri İranın ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) maraqlarını təmsil edən Pakistan səfirliyi təsdiqləyib.

 

ABŞ-da iranlı  alim  həbs olunub. O, elmi məqsədlər üçün istifadə olunan avadanlığı (təchizat) qeyri-qanuni yolla ölkədən çıxarmaqda  ittiham edilir. Bu barədə İran mətbuatı məlumat yayıb.

 

İran Texnoloji  Universitetində çalışan 54 yaşlı Seyid Müctəba Ətarodi San-Fransiskodakı həbsxanalardan birində saxlanılır.

 

Xəbəri İranın ABŞ-dakı  maraqlarını təmsil edən Pakistan səfirliyi də təsdiqləyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar