SON XƏBƏRLƏR

Britaniya da Türkiyəni müdafiə etdi

2021.10.20, 07:36
Britaniya da Türkiyəni müdafiə etdi

Gunaz.tv

GünAz TV: AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) dünənki plenar sessiyasında (ümumi cələsə) Birləşmiş Krallığın baş naziri Devid Kemeronun çıxışı olub.

Çıxışdan sonra Assambleya (məcmə) iştirakçılarının suallarını cavablandıran Devid Kemeron bu həftənin əvvəlində Fransa Senatının uydurma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qərara da münasibət bildirib. Baş nazir Fransa parlamentinin bu məsələlərdə qərar qəbul etməkdə sərbəst olduğunu desə də, bu qərarın Türkiyə ilə münasibətlər baxımından ziyanlı ola biləcəyini dilə gətirib: «Təbii ki, erməni xalqı keçmişdə faciəli tarix yaşayıb və biz bunu deməliyik. Lakin biz bu gün keçmişlə yaşamamalıyıq, bu günümüzdəki problemlərə diqqət yetirməliyik. Müsəlman Türkiyəsi bu gün Yaxın Şərqdəki proseslərdə (sürəc) böyük rol oynayır. Əksinə elə etmək lazımdır ki, Türkiyə Avropa İttifaqına qəbul edilə bilsin».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar