SON XƏBƏRLƏR

“Eurovision-2012”nin rəsmi saytı fəaliyyətə başladı

2021.10.20, 07:36
“Eurovision-2012”nin rəsmi saytı fəaliyyətə başladı

Gunaz.tv

GünAz TV: Bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi internet saytının təqdimatı olub.

 

Tədbirdə “Eurovision” layihəsinin icraedici rəhbəri Yan Ola Sand, kommunikasiya (irtibatlar) rəhbəri Sietse Bakker və Yorgen Frank iştirak ediblər.

 

Yarışmaya həsr olunan “Eurovision” saytı  www.eurovision.az artıq istifadəyə verilib.

 

Qeyd edək ki, istifadəçilər saytda mahnı yarışması və təmsilçilərlə bağlı ətraflı məlumatlar əldə edəcəklər. Bununla yanaşı, sayt gün ərzində mahnı yarışması ilə əlaqədar olaraq yenilənəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar