SON XƏBƏRLƏR

BMT-də Kipr (Qıbrıs) müzakirələri nəticəsiz bitdi

2021.10.20, 07:36
BMT-də Kipr (Qıbrıs) müzakirələri nəticəsiz bitdi

Gunaz.tv

GünAz TV: Əroğlu rum tərəfinin liderlik nümayiş etdirə bilmədiyini deyib.

 

BMT-dəki (Birləşmiş Millətlər Təşkilatı) Kipr (Qıbrıs)  müzakirələrindən yenə nəticə çıxmayıb. Nyu-Yorkda keçirilən üçtərəfli görüşdə irəliləmə qeydə alınmadığı bildirilib. Quzey Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu nəticənin olmamasına görə yunanları ittiham edib. Əroğlu Nyu Yorkda beşinci dəfə baş tutan və 2 gün davam edən üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, mövqeyində heç bir dəyişiklik olmayan yunanlar problemin həlli məsələsində liderlik nümunəsi göstərmir.

 

QKTC lideri yunanların BMT də daxil olmaqla, kimsəyə güvənmədiyini vurğulayıb. Yunan Kiprinin lideri Dmitris Xristofyas isə hər iki tərəfin öz tezislərində israr etdiyini, bu səbəbdən irəliləyiş olmadığını bildirib. Xristofyas yeni müzakirə təqvimi və beynəlxalq konfrans tələbini qəbul etmədiyini deyib.

 

BMT-nin baş katibi Ban Ki Mun isə izolyasiyalar ucbatından Kipr türklərinin çətinlik çəkdiyini söyləyib. Ban Ki Munun açıqladığı yeni təqvimə görə, liderlər 2 həftə içərisində mülkiyyət məsələsini müzakirə etməlidir. Baş katibin xüsusi müşaviri Aleksandr Dovnerin martda (March) hesabat hazırlaması planlaşdırılır. Tərəflər qəbul edərsə və müzakirələr müsbət keçərsə, aprel və ya may ayında beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur. TRT-nin BMT-dəki mənbələrdən əldə etdiyi məlumata görə, yunan tərəfi baş katibin Kiprlə bağlı hazırlayacağı hesabatın Rusiya və Fransanın köməyindən istifadə edərək Təhlükəsizlik Şurasında rədd edilməsinə çalışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar