SON XƏBƏRLƏR

“Eurovision” ərəfəsində pulsuz Azerbaijan Pages proqramı yaradılıb

2021.10.20, 07:36
“Eurovision” ərəfəsində pulsuz Azerbaijan Pages proqramı yaradılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri iPhone, iPad və iPodTouch mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Azerbaijan Pages proqramını işləyib hazırlayıblar.

Azerbaijan Pages proqramı interaktiv (interactive) biznes-kataloqu və elektron xəritəni daxil edir və Azərbaycan, İngilis və Rus dillərində çalışır. Qeyd edək ki, proqram artıq Apple onlyan-mağazasında yerləşdirilib.  

 Azerbaijan Pages kataloqunda muzeylər və teatrlar, kafe və restoranlar, mehmanxanalar, gecə klubları və kinoteatrlar, butik və fitnes klubları (tənasüb-i əndam başqahları), bank və bankomatlar (xodpərdaz dəstqahları), dövlət idarələri, müxtəlif məhsul və xidmətlərin istehsalçıları və distribyutorları (tozi eliyənlər) haqqında məlumat yerləşdirilib. Azerbaijan Pages həm internetlə, həm də internetsiz çalışa bilir.

 Layihənin rəhbəri Zaur İsmaylovun sözlərinə görə, sözügedən proqram 2011-ci ildə Turizm İli çərçivəsində müstəqil proqramçılar qrupu tərəfindən işlənib hazırlanıb. Z. İsmaylov qeyd edib ki, Azerbaijan Pages proqramı Apple mobil qurğuları üçün nəzərdə tutulan ilk bu növ peşəkar Azərbaycan proqramıdır. Azerbaijan Pages həm azərbaycanlı istifadəçilər, həm də ölkənin qonaqları üçün rahat bir alətdir. “Eurovision” müsabiqəsinin Bakıda keçiriləcəyi müddətdə bu məhsul minlərlə xarici qonaqlar arasında xüsusi rol oynayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar