SON XƏBƏRLƏR

Ruzbeh Səadəti və Məhəmməd Əhədi ETTELAATa intiqal ediliblər

2021.10.20, 07:36
Ruzbeh Səadəti və Məhəmməd Əhədi ETTELAATa intiqal ediliblər

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Ruzbeh Səadəti və Məhəmməd Əhədi Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə köçürülüblər.

 

Səadəti və Əhədi 2012-ci il yanvarın 24-ü (1390-cı il bəhmənin 4-ü) Miyana şəhərində ETTELAAT məmurları tərəfindən yaxalanıblar. Onlar artıq Təbrizin ETTELAATına intiqal ediliblər.

 

Qeyd edək ki. Məmurlar hər iki azərbaycanlı fəalı yaxalarkən məhkəmə hökmü təqdim etməyiblər. Onların tutuqlanma səbəbi də hələlik bəlli olmayıb.

 

Xatırladaq ki, Ruzbeh Səadəti Miyana universitetinin məzunudur. O, hazırda daha bir ixtisas üzrə (iqtisad) Təbriz universitetində təhsil alır. Məhəmməd Əhədi isə Təbriz dövlət universitetində kənd təsərrüfatı  (keşavərzi) mühəndisliyi üzrə təhsil alıb və Azərbaycan Tanıtım Ocağının çalışqan üzvlərindən olub.

Adını çəkdiyimiz azərbaycanlı fəallar ictimai fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə müxtəlif təzyiqlərə məruz qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar