SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əli Pakbaz yenidən tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əli Pakbaz yenidən tutuqlanıb

Gunaz.tv

GünAz TV: Bir neçə gün öncə Əhər şəhərində döyülərək yaxalanan azərbaycanlı fəal Əli Pakbaz (Səhənd) yenidən tutulub.

 

Əli Pakbaz kitab mağazasının bağlanması və ilk tutuqlanarkən döyülməsinin səbəbini araşdırmaq üçün Əhər şəhərinin məhkəməsinə müraciət edib.

 

Lakin, məhkəmə Pakbazın şikayətinə baxmaq yerinə, onu ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edib.

 

Hələlik bu barədə geniş məlumat yoxdur. Yeni məlumat olunca oxucularımızın diqqətinə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar