SON XƏBƏRLƏR

Ban Ki Mun: "İranın hədələri ona kömək etməyəcək"

2021.10.20, 07:36
Ban Ki Mun: "İranın hədələri ona kömək etməyəcək"

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Ban Ki Mun bildirib ki, “İran beynəlxalq öhdəlik daşıyır. Tehran nüvə proqramının sülh məqsədli olduğunu sübut etməlidir.”BMT-nin baş katibi Ban Ki Mun Misir xalqını inqilabın ildönümü münasibətilə təbrik edib. BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən mətbuat konfransında çıxış edən Ban Ki Mun bildirib ki, o, xalqın iradəsini yüksək qiymətləndirir."Dünən general Məhəmməd Hüseyn Tantavi ölkədə fövqəladə vəziyyətin qismən aradan qaldırıldığını bildirdi. Mən keçid hökuməti rəsmilərini tezliklə və sülh şəraitində hakimiyyəti təhvil verməyə səsləyirəm. Ölkədə insan haqları qorunmalı, siyasi məhbuslar azad edilməli və islahatlar keçirilməlidir" - deyə Ban Ki Mun fikrini ifadə edib.Ban Ki Mun daha sonra Suriyada davam edən zorakılıqla bağlı fikir səsləndirib:"Mənim mövqeyim və ismarıclarım həmişə qəti olub. Dünyanın hər yerində insan haqları müdafiə edilməlidir. Suriya hökuməti xalqın istəklərini yerinə yetirməli və böhranlı vəziyyətdən çıxmaq üçün uyğun addımlar atmalıdır".İran məsələsinə gəldikdə isə Ban Ki Mun bildirib ki, İran nüvə proqramının sülh məqsədli olduğunu sübut etməlidir."İran beynəlxalq öhdəlik daşıyır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramı ilə bağlı hərbi məqsədlərinin olması ilə əlaqədar sonuncu məruzələri məni narahat edir. Mən tərəflər arasında gərginliyin artmasını istəmirəm. İranın hədələri ona kömək etməyəcək. Hörmüz boğazı beynəlxalq ticarət üçün vacib ərazidir. Ona görə də, keçid beynəlxalq hüquqlar çərçivəsində qorunmalı və orada azad hərəkət təmin edilməlidir".Ban Ki Mun daha sonra Nigeriyada "Boko Haram" qruplaşmasının sonuncu hücumları ilə bağlı məsələyə də toxunub."Mən "Boko Haram" terrorçu qruplaşmasını dəfələrlə pisləmişəm. Nigeriya hökuməti bu qruplaşmanın hücumlarına qarşı bütün qüvvələrini səfərbər etməlidir. BMT bu məsələnin həlli ilə bağlı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır".Sonda isə Ban Ki Mun qeyd edib ki, İsraillə Fələstin arasında sülh danışıqlarının başladılması üçün gələn həftə Yaxın Şərqə səfər edəcək. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar