SON XƏBƏRLƏR

«Eurovision»un Bakıda keçiriləcəyi yer müəyyənləşib- VİDEO

2021.10.20, 07:36
«Eurovision»un Bakıda keçiriləcəyi yer müəyyənləşib- VİDEO

Gunaz.tv

GünAz TV: Avropa Yayım Birliyi yanvarın (January) 25-də elan edib ki, 57-ci «Eurovision» mahnı müsabiqəsi yeni tikilən «Baku Crystal Hall» sarayında keçiriləcək.

Bu barədə müsabiqənin rəsmi saytında bildirilib.

Avropa Yayım Birliyi qeyd edib ki, müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Teleradio bu müsabiqə üçün 3 potensial yer təklif edib. Onlar «Baku Crystal Hall»a üstünlük veriblər.

Bu konsert zalı dəniz sahilində tikilməkdədir və təxminən 23000 tamaşaçı tutacaq.

6000-ə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcək.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar