SON XƏBƏRLƏR

Fransa şirkəti İrandan neft idxalını dayandırdı

2021.10.20, 07:36
Fransa şirkəti İrandan neft idxalını dayandırdı

Gunaz.tv

GünAz TV: Fransanın “Total” neft şirkəti İrandan neft idxalını tamamilə dayandırdığını bəyan edib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, “Total”ın icraçı direktoru Kristof de Marjeri yanvarın (January) 25-də jurnalistlərə açıqlamasında deyib ki, şirkətin İran neftini almaqdan imtina etməsi Tehrana qarşı beynəlxalq sanksiyalarla (təhrim) əlaqədardır: “Biz İrandan neft idxalını dayandırsaq da, hesab edirəm ki, İran neftinə başqa müştərilər tapılacaq. İran öz neftini satmaq üçün müəyyən güzəştlərə getsə, yəqin ki, ona digər müştərilər tapılacaq.

 

Biz hər gün İrandan 80 min barel (boşka) həcmində neft alırdıq. İndi bunu tamamilə dayandırmışıq və artıq İrandan neft almırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar