SON XƏBƏRLƏR

Traxtur 1-Şəhrdari 0; “Traxtur” cədvəlin birinci yerinə yüksəldi

2021.10.20, 07:36
Traxtur 1-Şəhrdari 0; “Traxtur” cədvəlin birinci yerinə yüksəldi

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la qardaş takım (tim) “Şəhrdari” arasında keçirilən müsabiqə bu dəqiqələrdə sona çatdı.

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 22-ci həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən 1 qol vuruldu. Qol Fərzad Hatəmi tərəfindən 39-cu dəqiqədə vuruldu.

Bununlada müsabiqə (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Qeyd edək ki, “Traxtur” bu qələbədən sonra 42 imtiyazlı oldu və yerli vaxtla saat 18:00-da başlayacaq “İstiqlal-Fulad” müsabiqəsinə qədər cədvəlin birinci yerinə yüksəldi. Ümid edirik ki, artıq “Traxtur” birinci yeri qoruyub saxlayacaq.

 

Xatırladaq ki, futbol sevər azərbaycanlılar qardaş takımlar arasında keçirilən müsabiqədə, qələbənin olduğu ancaq məğlubiyyətin olmadığını düşünürlər. Qalib gələn Azərbaycan futbolu oldu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar