SON XƏBƏRLƏR

Obama konqresdəki ənənəvi müraciətində İran və Suriyadan danışıb

2021.10.20, 07:36
Obama konqresdəki ənənəvi müraciətində İran və Suriyadan danışıb

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti öz çıxışında İrana nüvə silahı əldə etməyə imkan verməyəcəklərini vürğulayıb.

ABŞ prezidenti çıxışının  böyük hissəsini  iqtisadi problemlərə  ayırıb. Barak Obama Amerika Birləşmiş ştatlarının  dünya bazarlarında  liderliyini qaytarmağa çalışdığını  deyib. Xarici siyasətdən da danışan  Ağ ev rəhbəri  bu il yayın sonunda  Əfqanıstandan daha 20 mindən çox hərbiçinin  çıxarılacağına söz verib. Suriyadakı vəziyyətə toxunan  Barak Obama  prezident Bəşər Əsədin  gec ya tez istefaya getməli olacağını deyib. Birləşmiş ştatlar prezidenti çıxışında İranı da yaddan çıxarmayıb:

"ABŞ İranın nüvə silahına sahib olmasına yol  verməyəcək. Buna  heç kimin şübhəsi olmasın. İran günü–gündən daha da  təcrid olur. Ölkədəki mövcud rejim  sərt sanksiyalarla (təhrim) üzləşir. Bu təzyiqlər davam etdiriləcək. Bu problemin  sülh yolu ilə həlli yolları hələ tükənməyib. Bunun üçün İran  siyasi kursunu dəyişməli  və  beynəlxalq  öhdəliklərini yerinə yetirməlidir."

Bu, Barak Obamanın  konqresə sayca 3-cü, prezident seçkisi öncəsi isə sonuncu müraciətidir. Müşahidəçilər də  Ağ ev rəhbərinin   bu  çıxışı ilə  seçkiqabağı proqramını  təqdim  etdiyini  deyir. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar