SON XƏBƏRLƏR

Sarkozi Ərdoğana məktub göndərdi

2021.10.20, 07:36
Sarkozi Ərdoğana məktub göndərdi

Gunaz.tv

GünAz TV: «Fransa Senatında qondarma soyqırımla bağlı qanunun qəbul edilməsi Türkiyənin hədəfə alınması demək deyil».

Fransa prezidenti Nikola Sarkozinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda belə deyilir.

Rəsmi Ankara isə Parislə münasibətlərin başqa məcraya yönəldiyini bəyan edib. Fransa Senatında qondarma erməni soyqırımını tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən sonra bu ölkənin prezidenti Nikola Sarkozi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Məktubda Sarkozi ölkəsinə haqq qazandarıraraq bildirib ki, bu qanun layihəsinin qəbul edilməsi Türkiyənin hədəfə alınması mənasını ifadə etmir. Fransa rəhbəri bu utancverici addımdan sonra cəsarət taparaq Türkiyəni ortaq maraqları nəzərə almağa çağırıb. Məlumat üçün deyək ki, qanun layihəsi 15 gün ərzində Sarkozi tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. «Fransa Senatında üzdəniraq qanun layihəsinin qəbul edilməsi türkiyə ilə Fransa arasında münasibətləri başqa məcraya yönəldəcək». Türkiyə prezidenti Abdulah Gül məsələyə münasibət açıqlayarkən belə deyib. Rəsmi Ankara təssüflə 2 ölkənin münasibətlərinə ciddi zərbə vuracaq qanununu qəbul edilməsini qətiyyətlə pisləyir. Gül bildirib ki, bu gündən etibarən Fransa söz azadlığını məhdudlaşdıran ölkələr siyahısına daxil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar