SON XƏBƏRLƏR

Ashton : İranın Müzakirə Masasına Dönməsini İstədi

2021.10.20, 07:36
Ashton : İranın Müzakirə Masasına Dönməsini İstədi

Gunaz.tv

Ashton : İranın Müzakirə Masasına Dönməsini İstədi

Günaz TV:

 

İsraili ziyarət edən AB Xarici işlər Yüksək Nümayəndəsi Ashton, Avropa ölkələrinin İranın neft ixracına dünən elan etdiyi embarqodan sonra, Tahranı nüvə proqramıyla əlaqədar müzakirələrə yenidən başlamağa çağırdı.

Ashton, Qüdsdə, Respublika başçısı Şimon Peres ilə ortaq mətbuat konfransında jurnalistlərə etdiyi açıqlamada, "Avropa Birliyi tək bir səslə İrana açıqca bu mesajı göndərməyi istəyir; biz müzakirələri başlatmaq, onları bir il əvvəl İstanbulda masada buraxılan mövzuları yenidən ələ almağa dəvət etmək, onları ortaya qoyduğumuz fikirləri düşünməyə və ya öz düşüncələrini təqdim etməyə çağırmaq istəyirik" dedi.

Hədəflərinin barışçıl olduğunu, bölgədəki siyasi müttəfiqləriylə işi davam etdirəcəklərini ifadə edən Ashton, "İran hökumətinə getdiyim hər yerdə bu mesajı verirəm; İranlılar ciddi olduqlarını göstərməyə hazır olduqlarında mən də müzakirələrə yenidən başlamağa hazıram" deyə danışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar