SON XƏBƏRLƏR

Təbrizin Eynalı Dağındakı yığıncaq milli etirazlar səhnəsinə çevilirib

2021.10.20, 07:36
Təbrizin Eynalı Dağındakı yığıncaq milli etirazlar səhnəsinə çevilirib

Gunaz.tv

GünAz TV: Təmiz hava qəbul etmək üçün Təbrizin Eynalı dağına toplaşan soydaşlarımızın yığıncağı milli etirazlar səhnəsinə çevirilib.

 

Məlumata görə, iki gün öncə həyata keçirilən yığıncaq Azərbaycan müsiqisi ilə başlayıb və mərasim iştirakçıları şənlik ediblər.

 

Lakin, biraz sonra məsullar tərəfindən Azərbaycan musiqisi kəsilib və Fars musiqisi qoyulub. Fars musiqisi başlayınca, orda bulunan 3000 nəfər soydaşımız “bağla – bağla” deyə səsləniblər. Ancaq, məsullar soydaşlarımızın etirazına qulaq asmayıblar. Bundan sonra gənclər qar topu ilə çıxışçılar və təşkilatçılara hücum ediblər.

 

Məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və bir neçə soydaşımız saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar