SON XƏBƏRLƏR

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Senatının qərarı ilə bağlı bəyanat verdi

2021.10.20, 07:36
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Senatının qərarı ilə bağlı bəyanat verdi

Gunaz.tv

GünAz TV: Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunu qəbul etməsi ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikası (Cümhuriyyəti) Fransa Senatında 23 yanvar (January) 2012-ci il tarixində “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir.

 Sənəddə daha sonra bildirilir ki, Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri (əsl, ilkə) ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional (bölgəsəl) proseslərdə (sürəc) iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər. 

 “XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını göz yuman Fransa parlamentariləri bu qərarı öz siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə, Fransanın obeyektivliyini (objectivity) şübhə altına alır.

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar