SON XƏBƏRLƏR

İranın öldürmək istədiyi müəllim danışdı: “Məni məktəbin ətrafında və yaşadığım ərazidə izləyiblər”

2021.10.20, 07:36
İranın öldürmək istədiyi müəllim danışdı: “Məni məktəbin ətrafında və yaşadığım ərazidə izləyiblər”

Gunaz.tv

GünAz TV: Ötən həftə Bakıda üstü açılan terror cəhdinin hədəfləri paytaxtdakı “Şabad Or Avner” yəhudi məktəbinin iki işçisi olub.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə məlumatı İsrailin “Haaretz” nəşri yayıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki nəfəri saxladığı haqda məlumatına istinad edən qəzet bildirir ki, bu şəxslər yəhudi məktəbinin müəllimi Şneor Seqal və Mati Lyuisi qətlə yetirməyi planlaşdırıb.

“Haaretz” ehtimal edir ki, Bakıda yəhudilərin qətli bir qədər öncə Tehranda öldürülmüş İranın nüvə aliminin intiqamını almaq cəhdi də ola bilər.

“Azərbaycanın xüsusi xidmət orqanları bizi məlumatlandırmadan gizli şəkildə hərəkət ediblər”. Yəhudi məktəbinin müəllimi Şneor Seqal terrorun üstünün açılması xəbərini belə şərh edib. O, habelə bildirib ki, şübhələndiyi şəxslər öncə onu məktəb ətrafında, daha sonra isə yaşadığı ərazidə izləyiblər.

Xatırladaq ki, ötən həftə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev və Əli Hüseynovun saxlanılması və terror cəhdinin üstünün açılması barədə rəsmi açıqlama yayıb. Bu şəxslərin İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar