“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
GünAz TV: İran xüsusi xidmət orqanları tərəfindən təxribat və terror törədilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı hörmətsizliyin yeni dövrüdür.
Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 22 yanvar (January) sayında İran kəskin olunub.
“Media forum” saytının məlumatına görə, “Ortaq mənəvi dəyərlər və islam həmrəyliyi ilə bir araya sığmayan addımlar” adlı yazıda deyilir: “Azərbaycan yaxın qonşusu olmasına, mənəvi bağlılıqlara baxmayaraq heç vaxt İranın daxili işlərinə qarışmayıb, bu ölkədə əmin-amanlığın olmasını arzulayıb. Lakin təəssüflə qeyd etməliyik ki, rəsmi Bakının Cənub qonşusu ilə ikitərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini (əsl, ilkə) rəhbər tutmasına baxmayaraq İran Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə büruzə verib! Daim müsəlman birliyindən və həmrəyliyindən danışan bu ölkə öz addımları ilə ortaq mənəvi dəyərlərə, qonşuluq və dostluq meyarlarına sadiq olmadığını nümayiş etdirib. İran mətbuatında türk xalqları daim təhqir edilir, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı “mübarizə aparılır”. İran rəsmiləri bunu ölkə mətbuatının guya müstəqil olması ilə əlaqələndirsələr də, əslində, dünyada əsl azad sözün ünvanları hər kəsə bəllidir.
KİV (kütləvi informasiya vasitələri) vasitəsilə müstəqil Azərbaycan dövlətinə qarşı “ideoloji mübarizəsi” bir fayda verməyən İran tərəfi son illərdə davamlı şəkildə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqda, ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərməkdədir. Azərbaycanda guya dini azadlıqların və islam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında ölkəmizin ərazisində antikonstitusion (anayasaya zidd) və dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə rəvac verirlər. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunan və İran tərəfindən dəstəklənən cinayət əməlləri buna misaldır. Ümumiyyətlə, Azərbaycanda indiyədək ifşa olunmuş əksər dini-ektremist (ifrati) qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla (sənəd, gərçək) tam sübuta yetirilib.
Əvvəla, heç kim İrana beynəlxalq dini orbit (mədar) rolunu oynamaq səlahiyyəti verməyib. İslam dövləti Azərbaycanın daxili işlərinə yersiz şəkildə müdaxilə etməkdənsə öz daxilindəki siyasi intriqaları (fitnə) çözməklə, nüvə proqramı ətrafında yaratdığı beynəlxalq problemlərini yoluna qoymaqla məşğul olsa, daha yaxşı olar. İkincisi, Azərbaycan xalqı islama daxilən bağlıdır. Hətta sovet (şurəvi) imperiyası islamı bizdən ayıra bilmədi. 70 ildə ateizmin təbliğ olunmasına baxmayaraq Azərbaycan cəmiyyəti İranın şah dövründə olduğu kimi mənəvi dəyərlərini itirmədi, Uca Tanrıya sevgi, islama bağlılıq ürəklərimizdən silinmədi. Ona görə qadınlara zorla hicab geydirməklə zahiri müsəlman görüntüsü yaratmaq bizim çağdaş dünyagörüşümüzlə uzlaşa bilməz. Biz islamı hicabla deyil, onun ülvi dəyərlərini mənəvi dünyamızın tərkib hissəsi kimi qəbul etməklə sevirik.
Azərbaycan Respublikasına (Cümhuriyyəti), onun dövlətçiliyinə və müstəqilliyinə mənfi münasibət ifadə edən fikirlər vaxtaşırı İran KİV-ləri ilə yanaşı, həm də onun ayrı-ayrı siyasətçilərinin, generallarının və ayətullahlarının çıxışlarında da yer alır. Bu çıxışlarda Azərbaycan xalqı və dövləti haqqında hədələyici ruhlu açıqlamaların verilməsi siyasi etik normaların ən kobud şəkildə pozulmasıdır. Son dövrlərdə bu ayətullahların, siyasətçilərin və ictimai təşkilatların dəstəyi və təşkilatçılığı ilə İranın ayrı-ayrı şəhərlərində məqsədli şəkildə Azərbaycan Respublikası ilə bağlı müzakirələrin keçirilməsi adi hal alıb. Sanki bu ölkənin yeganə problemi beynəlxalq miqyasda təklənməsi, iqtisadi sanksiyalarla (təhrim) üzləşməsi, neftinə qoyulan embarqo (təhrim) yox, İran əleyhinə təşəbbüslərə qoşulmayan Azərbaycan dövlətinin varlığıdır. Həmin müzakirələrdə, ayrı-ayrı çıxışlarda Azərbaycanın prezidenti ilə bağlı yer alan sərsəmləmələr isə siyasi əxlaqsızlıqdan başqa bir şey deyil! Əxlaqsızlıq isə islam dəyərləri ilə bir araya heç sığmır!”
Məqalədə qeyd olunur ki, Azərbaycan dövləti ilə təzyiq və hədə dilində danışmaq mənasızdır: “Demokratik dəyərlərin kök saldığı Azərbaycanda hər hansı süni problemin yaradılması da mümkün deyil! Ən azından Azərbaycan vətəndaşının şüur səviyyəsi, dünyagörüşü, həyata baxışı islam radikalizmini, ekstremizmi, köhnəlmiş və cahil həyat tərzini qəbul etmir. Ona görə də İran tərəfinin öz məqsədləri üçün Azərbaycanda həyata keçirməyə çalışdığı istənilən dini və etnik təxribat planı, ayətullahların istənilən sərsəm açıqlaması iflasa məhkumdur. Necə ki, bir neçə gün öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına (əməl) hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalandı. İstintaqla müəyyən edildi ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturmuşlar.
İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində bu cür təxribat və terror törədilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı hörmətsizliyin növbəti epizodlarından (dövr, mərhələ)biridir. Eyni zamanda bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları artırır. 2007-ci ildə vəfat edən iranlı ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı fətva vermişdi. Onun oğlu Məhəmməd Cavad Lənkərani isə Rafiq Tağının qətlə yetirilməsindən sevindiyini gizlətməmişdi”.
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası