SON XƏBƏRLƏR

Nalbandyan: “Bu gün erməni və fransız xalqlarının qardaşlıq tarixinə qızıl hərflərlə yazılacaq”

2021.10.20, 07:36
Nalbandyan: “Bu gün erməni və fransız xalqlarının qardaşlıq tarixinə qızıl hərflərlə yazılacaq”

Gunaz.tv

GünAz TV: Fransa Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi qəbul olunandan dərhal sonra rəsmi İrəvan Fransaya təşəkkür məktubu göndərib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan məktubunda bildirir ki, Fransa ədalətin bərqərar olmasına sadiqliyini nümayiş etdirib. “Fransa Senatının yanvarın (January) 23-də qəbul etdiyi qərar Fransada 2001-ci ildə qəbul edilmiş qanunun məntiqi davamıdır. Bu gün təkcə erməni və fransız xalqlarının qardaşlıq tarixinə yox, həm də insan hüquqlarının müdafiəsi tarixinə qızıl hərflərlə yazılacaq. Fransa dövləti ümumbəşəri dəyərlərin qərəzsiz müdafiəsində aparıcı rolunu bir daha təsdiqlədi”, - Edvard Nalbandyanın məktubunda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar