SON XƏBƏRLƏR

İrandan Hörmüz Boğazı ilə bağlı yeni açıqlama

2021.10.20, 07:36
İrandan Hörmüz Boğazı ilə bağlı yeni açıqlama

Gunaz.tv

GünAz TV: İran parlamentində vəzifə sahibi olan millət vəkili Hörmüz boğazını birmənalı olaraq bağlayacaqlarını bildirib.

Fars Xəbər Agentliyinə açıqlama verən millət vəkili Məhəmməd İsmayıl Kövsəri xam neft ixracatına maneçilik törədiləcəyi təqdirdə Hörmüz boğazını bağlayacaqlarını söyləyib.

Başqa bir millət vəkili Həşmətulla Fəlahatpişeh isə İranın Hörmüz boğazını bağlamağa tam hüququnun olduğunu bildirib.

Xatırladaq ki, Avropa Birliyinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə İran neftinin idxalına embarqo (təhrim) qoyulmasına dair ilkin razılıq əldə edib.

 İran neftinə qadağa iyulun (July) 1-dən tam şəkildə tətbiq ediləcək. İrana qarşı yeni sanksiyalar (təhrim) paketi İran neftinə və neft məhsullarına tədricən qadağa qoyacaq, iyulun 1-dən etibarən isə İrandan neft alan bütün Avropa Birliyi ölkələri bu neftin idxalını dayandıracaq. Avropada İran neftinin böyük hissəsi, yəni 68 faizi Yunanıstan, İtaliya və İspaniyanın payına düşür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar