SON XƏBƏRLƏR

Rəsmi Ankara Fransanın "soyqırım"la bağlı qərarına etiraz etdi

2021.10.20, 07:36
Rəsmi Ankara Fransanın "soyqırım"la bağlı qərarına etiraz etdi

Gunaz.tv

GünAz TV: Bu gecə Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “qanun Fransa prezidenti Nikola Sarkozi tərəfindən də imzalanarsa, Türkiyə Fransa ilə bağlı öncə açıqladığı sanksiyaları (təhrim) sürətlə həyata keçirəcək.”

 Türkiyə Xarici İşlər Nazirliyi bu qanunun qəbulunu məsuliyyətsizlik adlandırıb, Senatın Konstitusiya (Anayasa) Komissiyasının bu qanunun Fransa Konstitusiyasına zidd olması barədə mövqeyini xatırladıb: “Buna baxmayaraq, qanun layihəsinin qəbul edilməsi belə həssas məsələnin Fransada daxili siyasətdə necə vasitə kimi istifadə edildiyini göstərir. Tarixin və ədalətin, başqa xalqların tarixi keçmişlərinin siyasiləşdirilməsi, ifadə azadlığına zərbə vurulması Fransanın özü üçün ciddi bir itkidir. Heç bir ölkə parlamentinin tarixi bir hadisə ilə bağlı qərar vermək haqqı və səlahiyyəti yoxdur”.

 Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, qanunun qüvvəyə minməsi ilə bağlı növbəti mərhələnin həyata keçməməsi üçün rəsmi Ankara bütün vasitələrdən istifadə edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar