SON XƏBƏRLƏR

Güney Azərbaycan milli fəalı Şəhram Radmehr tutuqlandı

2021.10.20, 07:36
Güney Azərbaycan milli fəalı Şəhram Radmehr tutuqlandı

Gunaz.tv

Güney Azərbaycan milli fəalı Şəhram Radmehr tutuqlandıYanvar ayının 23-ü, Güney Azərbaycan milli fəalı Mühəndis Şəhram Radmehr ,Meşkin Şəhərində (Xiyovda) İran İttilaat məmurları tərəfindən tutuqlandı. Bu milli fəalın haraya aparıldığı haqqında heç bir bilgi əldə yoxdur. Ola bilsin, bu milli fəalın tutuqlanması Şəhram bəyə məhkəməyə tərəfindən çıxarılmış 6 aylıq həbs qərarı ilə bağlı olsun.Tanınmış milli fəal Şəhram Radmehr indiyə qədər dəfələrlə tutuqlanmış və aylarca işkəncəyə məruz qalmışdır. Bundan öncə o, keçən il May qıyamlarının il dönümündə bu təşkilatın digər 15 üzvü ilə birlikdə tutuqlanaraq, 148 gün Təbriz İttilaatında sorğulanaraq, işkəncəyə məruz qalmışdı. Təbrizin İnqilab məhkəməsi tərəfindən 220 min dollarlıq girov qarşılığında buraxılan Şəhram bəy Radmehr, sonra İran dövlətinə qarşı qrup yaratmaqla milli təhlükəsizliyə qarşı çıxmaq ittihami ilə mühakimə olaraq 6 ay həbsə məhkum oldu.bu məhkəmə ilə ilgili Yünis Süleymani və bir neçə başqa fəal indilikdə zindandadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar