SON XƏBƏRLƏR

ABŞ, İran Ticarət Bankına Sanksiya Tətbiq etməyə Başladı

2021.10.20, 07:36
ABŞ, İran Ticarət Bankına Sanksiya Tətbiq etməyə Başladı

Gunaz.tv

ABŞ, İran Ticarət Bankına Sanksiya Tətbiq etməyə Başladı

ABŞ rəhbərliyi, İranın üçüncü böyük bankı olan İran Ticarət Bankına sanksiyanı tətbiqə başladığını açıqladı.

ABŞ rəhbərliyi, İranın üçüncü böyük bankı olan İran Ticarət Bankına sanksiya tətbiqə başladığını açıqladı.

Xəzinə Nazirliyindən edilən açıqlamada, İran Ticarət Bankı ilə mərkəzi Belarusda olan Trade Capital Bankının, İranın nüvə silah proqramındakı gördükləri işlər səbəbiylə onsuz da sanksiya altında olan digər İran bankları və şirkətlərinə maliyyə xidmət təmin etdikləri üçün qara siyahıya alındığı bildirildi.

ABŞ Xəzinə Nazirliyinin Terrorizm və Mali Kəşfiyyatdan Məsul Məsləhətçisi David Cohen açıqlamada, "Bu gün İran Ticarət Bankına qarşı başlanan sanksiyalar, bu ölkənin maliyyə izolyasiyasını daha da dərinləşdirəcək, güclü pula daxil olmasını daha da çətinləşdirəcək və qeyri-qanuni nüvə proqramını maliyyələşdirmək imkanını daha da azaldacaq" ifadəsini işlətdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar