SON XƏBƏRLƏR

Əsəd rejimi Ərəb Birliyinin yeni qərarını rədd etdi

2021.10.20, 07:36
Əsəd rejimi Ərəb Birliyinin yeni qərarını rədd etdi

Gunaz.tv

GünAz TV: Ərəb Birliyi Misirin paytaxtı Qahirədə toplanaraq müşahidəçilərin bir aylıq hesabatını dəyərləndirib.

Toplantı nəticəsində Ərəb Birliyi Suriyada yeni bir yol xəritəsi üzərində razılığa gəlib. Bu anlaşmaya görə, Suriyada milli birlik hökumətinin qurulması bütün siyasi məhbusların azadlığa buraxılması və növbədənkənar seçkilərə gedilməsi tələb edilib.

Yeni yol xəritəsinə görə, Bəşar Əsəd səlahiyyətlərinin bir hissəsini vitse-prezidentə (prezident müavini)  təhvil verəcək. Ölkədə iki ay içərisində müxalifətin də daxil olduğu milli birlik hökuməti qurulacaq və həm parlament, həm də prezident seçkiləri keçiriləcək.

 Toplantıda müşahidəçilərin səlahiyyət müddətinin daha bir ay uzadılması və texniki imkanlarının artırılması qərara alınıb.

 Dəməşqin yeni yol xəritəsinə reaksiyası (əksüləməl) isə sərt olub. Suriya rejiminin yeni yol xəritəsinə qəbul etməyəcəyini açıqlayacağı bildirilib. Adını açıqlamayan bir Suriya rəsmisi bunun milli suverenliyin pozulması mənasına gəldiyini bildirib. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar