SON XƏBƏRLƏR

“Traxtur” takımı və onun baş məşqçisi cəzalandırıldı

2021.10.20, 07:36
“Traxtur” takımı və onun baş məşqçisi cəzalandırıldı

Gunaz.tv

GünAz TV: Futbol Federasiyasının İnzibati Komitəsi Təbrizin “Traxtur” futbol takımı və onun baş məşqçisi (sər murəbbi) Əmir Qələnoini cəzalandırıb.

 

İnzibati Komitənin bu qərarı Qumda “Traxtur”la “Səba” takımları arasında keçirilən müsabiqə ilə əlaqədardır. “Traxtur” məşqçilərindən olan İman Alemiəhəd də hakimin nəzərdə tutduğu müəyyən səbəblərə görə, takım üzvləri arasından  uzaqlaşdırılıb və 500000 tümən cərimə edilib.

 

Baş məşqçi Əmir Qələnoi də sözdə bəzi rəftarlarına görə, hakim tərəfindən müsabiqə yerindən uzaqlaşdırılıb. Bu səbəblərə əsasən, Qələnoi 3 milyon tümən cərimə və növbəti 1 müsabiqədə öz takımını müşayiət etməkdən məhrum edilib.

 

Həmçinin inzibati komitə bir sıra tamaşaçıların xətasına görə “Səba” və “Traxtur” takımlarını 3 milyon tümən cəriməyə məhkum edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar