SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci fəal Əli Pakbaz tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci fəal Əli Pakbaz tutuqlanıb

Gunaz.tv

GünAz TV: Bu gün (2012-ci il yanvarın 23-ü , 1390-cı il bəhmənin 3-ü) yerli vaxtla saat 13 radələrində azərbaycanlı öyrənci fəal Əli Pakbaz (Səhənd) tutuqlanıb.

 

Güneydən əldə etdiyimiz məlumata görə, Əhər şəhərində tutuqlanan öyrənci fəal öz kitab mağazasında yaxalanıb və naməlum istiqamətə aparılıb.

 

Təhlükəsizlik qüvvələri tanınmış azərbaycanlı öyrənci fəalı məhkəmə hökmü təqdim etmədən yaxalayıb və döyərək özləri ilə aparıblar.

 

Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal Əhər şəhərinin “Peyam-i nur” universitetinin öyrəncisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar