SON XƏBƏRLƏR

Avropa İrandan neft ixracını qadağan etdi

2021.10.20, 07:36
Avropa İrandan neft ixracını qadağan etdi

Gunaz.tv

GünAz TV: Avropa Birliyi İrandan neft ixracına qadağa qoyulmasını nəzərdə tutan sanksiyanı (təhrim) təsdiqləyib.

 

Bunu "France-Presse" agentliyinə diplomatik mənbə bildirib. Məlumat, hələ ki, rəsmən açıqlanmayıb. Onun tezliklə açıqlanacağı gözlənilir.

 

Yeni sanksiyada İrandan Avropa Birliyi ölkələrinə neft ixracının mərhələlərlə dayandırılması, iyulun (July) 1-nə tam kəsilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, Avropanın bu sanksiyanın tətbiqinə hazırlaşması ilə bağlı məlumat Tehranda ciddi narahatlığa səbəb olmuşdu. İran bu addımın atılacağı təqdirdə dünyaya neft ixracının böyük hissəsinin daşındığı Hörmüz boğazını bağlayacağı ilə hədələmişdi. Öz növbəsində ABŞ (Amerika Birləşmiş Ştatları) İranın boğazı bağlamasına "istənilən vasitə ilə" mane olacağını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar