SON XƏBƏRLƏR

İranda terror aktları davam edir

2021.10.20, 07:36
İranda terror aktları davam edir

Gunaz.tv

GünAz TV: İranda hakimiyyət təmsilçilərinə qarşı terror aksiyaları davam edir. Son terror aktında (əməl) din xadimi və hərbçilər hədəfə alınıb.

İslam Respublikasında (Cümhuriyyətində) sünni alimlərdən biri Mövləvi Mustafa Çingizi iki gün öncə sui-qəsd nəticəsində öldürülüb. Onunla birlikdə daha bir nəfər də həlak olub. Bu barədə Lent.az İran informasiya vasitələrinə istinadən xəbər yayıb.

Çingizi Sistan-Bəlucistan əyaləti Rask şəhərinin imam cüməsi idi. Onun davamlı şəkildə “sünni-şiə birliyi” yönündə fəaliyyət göstərdiyi də məlumatda öz əksini tapıb.

 Hakimiyyət iddia edir ki, ölkənin bu bölgəsində sünnilər və şiələr uzun illərdir dinc yanaşı yaşayırlar. “Bu mehribanlığa zərbə vurmaq üçün düşmən bu sayaq terrorlar törədir”. Mənbənin dəyərləndirməsinə əsasən, “bu iyrənc olaylar illərdir, İraqda gerçəkləşdirilir”.

 Bu olaydan bir gün əvvəl isə İranın Qərbində, Xürrəmabad şəhərində iki motosikletçi hərbçiyə odlu silahdan atəş açıb. Yerli informasiya vasitələrinin məlumatına əsasən, atəş sonucunda bir zabit (əfsər) həlak olub, bir isə yaralanıb. Olay barəsində yalnız dünən məlumat yayılıb.

 Müşahidəçilərin sözlərinə görə, hərbi hava qüvvələrinin bazasına (payqah) hərəkət edən hərbçilər dəstəsinə iki motosikletçi yaxınlaşaraq, atəş açıblar. Bundan sonra həmin qara motosikletçilər gizlənə biliblər. Öldürülən hərbçi 43 yaşlı Əlirza Fimanidir. Onun hərbi rütbəsi və vəzifəsi haqda məlumat yayılmayıb. Səid Birənd isə boynundan və ayağından yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar