SON XƏBƏRLƏR

İRANDA YENİ REKORD: Dollar 1900 tümən, sikkə 900 min tümən

2021.10.20, 07:36
İRANDA YENİ REKORD: Dollar 1900 tümən, sikkə 900 min tümən

Gunaz.tv

İRANDA YENİ REKORD: Dollar 1900 tümən, sikkə 900 min tümən

 

Günaz TV: Bir halda ki, banklar qızıl sikkə qiymətini 770 min elan edirlər, amma sikkə qiyməti bu gün 900 min tümən alış- veriş olundu.

İranın yanlış siyasəti həyəcan və sabitsizliyi artırmışdır.  Bazarda olan nağd paranı kontrol etməmək, indi İran dövlətinin iqtisad qrupu üçün böyük bir problemə çevirilmişdir.

Sonda, mərkəzi bank, sikkənin  546 min tümən qiymət və satılan sikkələri dörd ay sonra verəcəyini  bildirməklə bir həddə qədər banklarda sıra ilə dayanıb nağd sikkə alanların sayını azalda bilmişdir.

Mərkəzi bankın gözləntisinə baxmayaraq bu önsatışlı sikkə elə də insanlar tərəfindən qarşılanmamışdır.  Bu metod uğur qazansaydı Valyuta bazarını kontrol edə biləcək idi.

Bu proqramın uğursuzluğu nəticəsində bu bazardan sərmayələr valyuta bazarı doğru axın etdi. Belə ki, keçən həftədə, valyuta bazarı  həyəcanlı fəaliyyətlərlə 1600 və 1700 tümən qiymətlərini geridə qoydu və 1800 tümənə qədər irəlilədikdən sonra bu məsələ dəllalların xiyaban  və bazarlar qırağında fəallıqlarına gətirib çıxardı.

Mərkəzi bank yeni siyasətlə valyuta satışını qadağan etmək və alış- verişi bir suç olaraq gördüyü və  rəsmi olmayan mərkəzlər və fərqlərin dollar saxlamağı ilə və dolları qiymətini fərmanla 1400 tümən elan etməklə, nağd pulu və həyəcan fəaliyyətlərini valyuta bazarından sikkə bazarına doğru yönəltdi və sikkənin bazarı yenidən qızışdı.

Söyləmək lazımdır, indiki halda qızıl dünya bazarında ən yüksək qiymətindədir və sikkənin qiymətinin artması da bununla bağlıdır.  Dünya bazarlarında qızılın son qiyməti 1666 dollardır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar