SON XƏBƏRLƏR

Fransa Komisiyonunun Qərarı Erməniləri Hirsləndirdi

2021.10.20, 07:36
Fransa Komisiyonunun Qərarı Erməniləri Hirsləndirdi

Gunaz.tv

 

Fransa Komisiyonunun Qərarı Erməniləri Hirsləndirdi

Günaz TV: Fransa Senatosu Qanunlar Komisiyonu, 1915 hadisələriylə əlaqədar soyqırım iddialarının rədd edilməsini günah sayan qanun təklifinin Senato gündəminə alınmaması istiqamətindəki qərarı, ölkədəki Erməni lobbisini hirsləndirdi.

İfadə azadlığına və anayasaya zidd olduğu səbəbiylə Erməni qanununun anayasaya zidd olduğuna qərar verən komisiyon üzvləri, Erməni lobbisinin hədəfi oldu. Fransa Erməni Federasiyaları Kordinasiya təşkilat başkanı Murad Papazyan, komisiyonun, "Türkiyənin tətbiq etdiyi təhdid və təzyiqlər" nəticəsində belə bir qərar aldığını iddia etdi. Türkiyənin başından bəri mövzu ilə əlaqədar güclü siyasət izlədiyini söyləyən Papazyan, "Komisiyonda lehdə oy istifadə edən senatorların Türkiyəyə neçə dəfə getdiklərini yaxşı hesablamaq lazımdır.'' dedi.

Fransız Senatosu, qanunu bazar ertəsi günü görüşəcək Ancaq Qanunlar Komisyonun qərarı, qanun təklifinin senato ümumi qurulunda rədd edilmə şansını artırdı.

Senatoda az sayda kürsüyə sahib, 'radikal sol', 'yaşıl qrup' və 'yeni mərkəz qrupa üzv senatorlar daha əvvəl əleyhdə səs verəcəklərini açıqlamışdı.

Senatoda əksəriyyətə sahib Sosialist Partiya senatorları və iqtidardakı UMP senatorları, qanun təklifinin rədd edilməsi mövzusunda ikiyə bölünmüş vəziyyətdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar