SON XƏBƏRLƏR

İRAN BU DƏFƏ DƏ HÖRMÜZÜ BAĞLAMAQ İSTƏMƏDİYİNİ BİLDİRİR

2021.10.20, 07:36
İRAN BU DƏFƏ DƏ HÖRMÜZÜ BAĞLAMAQ İSTƏMƏDİYİNİ BİLDİRİR

Gunaz.tv

İRAN BU DƏFƏ DƏ HÖRMÜZÜ BAĞLAMAQ İSTƏMƏDİYİNİ BİLDİRİR

Günaz TV: İranın Xarici İşlər Naziri deyib ki, İran neft ixracının mühüm marşrutu olan Hörmüz boğazını tarixi boyu bağlamaq niyyətində olmayıb.

“Biz bölgədə əmin-amanlıq istəyirik”, - deyib Əli Əkbər Salehi.

İranlı diplomatın sözlərinə görə ABŞ Tehranla qeyd-şərtsiz danışıqlara hazırlığını bildirməlidir.

Bu bəyanat Salehinin Türkiyə baş çəkməsindən sonra səslənir.

Türkiyə İranla Beynəlxalq Atom Energetika Agentliyi arasında əməkdaşlığın bərpa olunmasına çağırıb.

Amerika və onun müttəfiqləri İranı nüvə proqramından imtina etdirmək üçün onun üzərinə iqtisadi təzyiqi artırırlar.

Ötən həftə Yaponiya Amerikanın sanksiyalarını dəstəkləyərək İrandan neft idxalının azaldılacağını vəd edib.

Yanvarın 23-də İrana qarşı neft embarqosunu Avropa İttifaqı müzakirə edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar