SON XƏBƏRLƏR

İranda hərbçilərə silahlı hücum olub

2021.10.20, 07:36
İranda hərbçilərə silahlı hücum olub

Gunaz.tv

GünAz TV: İran həm dünya ölkələri, həmdə daxili problemlərlə üz-üzədir. Etiraz, hücum və terror aktlarının ardı kəsilmək bilmir.

Bu gün səhər İranın Xorrəmabad şəhərində motorsikletlə hərəkət edən iki naməlum şəxs yol kənarında dayanmış bir qrup hərbiçiyə odlu silahdan atəş açıb.

Hadisə nəticəsində bir nəfər hərbiçi ölüb, bir nəfər isə yaralanıb. Bu MEHR xəbər agentliyi xəbər yayıb.

Lorestan ostandarının təhlükəsizlik məsələləri üzrə müavini Həsən Şəriətnejad hadisənin bu gün səhər yerli vaxtla saat 6:30 da baş verdiyini deyib.

Şəriətnejadın sözlərinə görə, hadisəni törədən şəxslər qaçıblar, onların tapılması istiqamətində axtarış-əməliyyat tədbrləri həyata keçirilir.

Hadisənin baş vermə səbəblərinin araşdırıldığını deyən Şəriətnejad ölən və xəsarət alanların sayının artacağını da istisna etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar