SON XƏBƏRLƏR

Türklər bu gün Parisdə etiraz nümayişləri keçiriləcəklər

2021.10.20, 07:36
Türklər bu gün Parisdə etiraz nümayişləri keçiriləcəklər

Gunaz.tv

GünAz TV: Fransa və digər Avropa ölkələrində yaşayan türklərin yürüşünə 35 min insanın qatılacağı gözlənilir.

Nikola Sarkozinin Xalq Hərəkatı naminə Birlik Partiyası və Fransua Ollandın Sosialist Partiyası uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin senatda qəbul edilməsi üçün senatorlara təzyiq göstərirlər. Bunu fransız senator Natali Qule Türkiyənin «Doğan» xəbər agentliyinə açıqlamasında bildirib. O, yanvarın (January) 23-də keçiriləcək səsvermənin sadəcə formal xarakter (mahiyyət) daşıdığını, qanunun böyük ehtimalla qəbul ediləcəyini deyib. Məlumata görə, Kantal bölgəsinin senatoru Jak Mezard, Burqundiya bögəsinin senatoru Qaetan Qorse və Natali Qulenin qanun layihəsinə qarşı çıxmasının heç bir təsir gücü olmayacaq. Qeyd edək ki, Qanun layihəsi qondarma erməni soyqırımnı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cərimə nəzərdə tutur. Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu élan edib.

Qanun layihəsinə etiraz əlaməti olaraq bu gün Parisdə kütləvi nümayişlərin keçiriləcəyi planlaşdırılır. Fransa və digər Avropa ölkələrində yaşayan türklərin yürüşünə 35 min insanın qatılacağı gözlənilir. Almaniya, Hollandiya, Belçika və Fransanın bütün bölgələrindən gələcək türklər Parisin Denfert–Roçerau meydanında toplaşacaqlar. Qanun layihəsinə qarşı şuarlar səsləndirəcək, nümayişçilər daha sonra Senata doğru yürüş edəcəklər. Onlar əllərində Türkiyə və Fransa bayraqlarını daşıyacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar