SON XƏBƏRLƏR

Vaşinqton İranla bağlı Moskva ilə müzakirələr aparır

2021.10.20, 07:36
Vaşinqton İranla bağlı Moskva ilə müzakirələr aparır

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İrana qarşı sanksiyaların sərtləşdirilməsiylə bağlı Rusiya ilə müzakirələr aparır.

“İran neftin satışından əldə etdiyi gəliri nüvə proqramının həyata keçirilməsinə sərf edir”. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin (xarici işlər nazirliyi) mətbuat katibi Viktoriya Nuland açıqlama verib. O bildirib ki, İrana qarşı sanksiyaların (təhrim) sərtləşdirilməsi ilə bağlı ölkəsi müttəfiq dövlətlərlə müzakirələr aparır: “Moskvada ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns Rusiya rəsmiləri ilə görüş keçirib. Danışıqlarda İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Biz Rusiya rəsmiləri ilə İranın Mərkəzi Bankına sanksiya tətbiq edilməsi və ABŞ-a müttəfiq ölkələrin İrandan aldığı neftin azaldılması haqqında da danışıqlar aparmışıq”. Viktoriya Nuland əlavə edib ki, İran dünya ictimaiyyətini əmin etməlidir ki, nüvə proqramından ancaq sülh məqsədilə istifadə edəcək və bu fəaliyyəti qətiyyən hərbi məqsəd daşımayacaq.

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar