SON XƏBƏRLƏR

Çin də İrana qarşı çıxdı

2021.10.20, 07:36
Çin də İrana qarşı çıxdı

Gunaz.tv

GünAz TV: Dünən İranın ənənəvi müttəfiqi Çin rəsmi Tehrana nüvə silahı barədə xəbərdarlıq edib.

Körfəz ölkələrinə səfər edərək İran tərəfindən ən çox təhlükəyə məruz qalan ölkələrin liderləri ilə görüşən Çinin Baş naziri Ven Ciabao İran ünvanına indiyə kimi Pekinin etdiyi ən ağır ittihamları səsləndirib. Bu barədə ANN.Az “Telegraph”-a istinadən xəbər yayıb.

“Çin qəti olaraq İranın nüvə silahı hazırlamasına və sahib olmasına qarşı çıxır” – o deyib.

“Washington Post”-un məlumatına görə, Çin yanvar (January) ayında İrandan neft idxalını gündə 550.000 bareldən (boşka) 285.000 barelə qədər azaldıb.

“İran Çinin bu bəyanatı yaymasını istəməzdi, ancaq o başa düşməlidir ki, əgər seçim qarşısında qalsa, Çin özünü bir ölkənin xətrinə dünyadan təcrid etməyəcək” – Çin sosial elmlər Akademiyasının Yaxın Şərq üzrə tədqiqatçısı Yu Qouqinq deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar